“Sofascore” statistika şirkəti Avropa Liqasının pley-off mərhələsində ilk oyunlardan sonra rəmzi komandanı müəyyənləşdirib. Matc.az xəbər verir ki, simvolik “11-lik”də “Qarabağ”ın 3 futbolçusu yer alıb.

Bunlar Andrey Lunyov, yarımmüdafiəçilər Marko Yankoviç və Abdullah Zubirdi. Adıçəkilən oyunçular “Braqa”nı səfərdə 4:2 hesabı ilə məğlub etdikləri qarşılaşmadakı performansa əsasən fərqləndirilib. Həmin qarşılaşmadakı çıxışa görə, Lunyov 7,9, Yankoviç 8,0, Zubir isə 9,0 xalla qiymətləndirilib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest