“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Braqa” üzərində qalibiyyəti təkcə Azərbaycanın yox, bir çox ölkənin diqqətini çəkib. Matc.az xəbər verir ki, Ağdam klubunun 4:2 hesablı səfər qələbəsinə Rusiya mətbuatı da biganə qalmayıb.
Qarşılaşmanın geniş xronologiyasını dərc edən “football.kulichki.net” saytı “Qarabağ”ın böyük uğura imza atdığını yazıb. Həmkarlarımız bunu komandanın baş məşqçisi Qurban Qurbanovla əlaqələndiriblər:
“Braqa” evdəki matçdan böyük məğlubiyyətlə ayrıldı. Buna rəğmən Avropa Liqasında növbəti mərhələyə vəsiqə şansını qorudular. Qurban Qurbanova isə bu nəticəyə görə, ancaq şapka çıxarmaq lazımdı. Portuqaliyanın şimalındakı “atlardan” belə, çevikliyi ancaq Ağdam komandasının ən sadiq azarkeşləri gözləyə bilərdi”.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.