16 Fevral 2024, 16:33
FUTBOL
“Milan”ın prezidenti Paolo Skaroni komandanın baş məşqçisi Stefano Piolinin gələcəyi ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, funksioner 58 yaşlı mütəxəssisin postunda qalacağını bildirib.
O, Piolinin işindən razılıqla danışıb: “Onu postunda görməyə şadıq. Üstəlik, işlər bizim üçün yaxşı gedir. Ona görə də bu sual yersizdi”.
Qeyd edək ki, “Milan” hazırda İtaliya A seriyasında 3-cü yerdədi.