19 Fevral 2024, 17:48
FUTBOL
“Bavariya”nın və Almaniya yığmasının yarımmüdafiəçisi Leon Qoretska yayda klubunu dəyişə bilər. Matc.az xəbər verir ki, 29 yaşlı futbolçu “Yuventus”un maraq dairəsindədi.
İtaliya nəhəngi yaxın vaxtlarda bu transfer üçün Bundesliqa çempionu ilə danışıqlara başlayacaq. Münhenlilər onu 40 milyon avroya satmağın əleyhinə deyil. Futbolçu özü isə gələcəyi ilə bağlı hələ qərar verməyib.
Qeyd edək ki, Leon Qoretska 2018-ci ildən “Bavariya”da çıxış edir. O, Almaniya klubu ilə ümumilikdə 13 kubok qazanıb.