“Çelsi”nin sabiq qapıçısı və texniki direktoru Petr Çex dünya futbol tarixinin ən yaxşı qapıçıları haqqında fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, çexiyalı mütəxəssis 3 həmkarını fərqləndirib.

O, xüsusən də, danimarkalı Peter Şmeyxeli vurğulayıb: “Mən mütləq Canluici Buffonu ilk “üçlüy”ə daxil edərdim. Eyni zamanda Manuel Noyeri də qeyd etməliyəm. Amma diqqətimi ən çox Peter Şmeyxelə yönəldirəm”.

Qeyd edək ki, Petr Çex karyerasını 2019-cu ildə bitirib. O, karyerası ərzində 4 dəfə İngiltərə çempionatının qalibi olub, eyni zamanda Çempionlar Liqası və Avropa Liqasını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest