19 Fevral 2024, 16:53
FUTBOL
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Braqa” üzərində Portuqaliyada qazandığı qələbə təkcə Azərbaycanda sevinclə qarşılanmayıb. Matc.az xəbər verir ki, ölkə xaricində bukmeker həvəskarlarından biri Ağdam klubunun qalibiyyətindən yüksək məbləğdə gəlir əldə edib.
Belə ki, o, “Qarabağ”ın sensasiyalı qələbəsini proqnozlaşdırmaqla yanaşı, 2:4 hesabına mərc edib. Bunun isə əmsalı 351 olub. Buna 50 dollar mərc edən həmin şəxs 17 min 550 dollarlıq gəlir götürüb.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.