“City Football Group” (CFG) Türkiyə klubu “Başakşəhər”lə əməkdaşlığa başlayıb. Matc.az xəbər verir ki, bu barədə şirkət rəsmi saytı vasitəsilə açıqlama yayıb.
Bəyanatda bildirilib ki, CFG ilə İstanbul klubu futbol sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb. Razılaşmanın bir hissəsi olaraq, şirkət müxtəlif futbol layihələri, o cümlədən uzunmüddətli strategiya, işə qəbul, skautinq və məşqçilik metodologiyası üzrə məsləhətlər verəcək.
“City Football Group” uzunmüddətli hədəflərə və davamlılığa nail olmaq üçün, həmçinin oyunçuların işə götürülməsi strategiyası, akademiya inkişafı və məlumatların istifadəsi sahələrində ən yaxşı təcrübəyə dair məsləhətlər verəcək.
Qeyd edək ki, “City Football Group”un dünyada bir çox klubla əməkdaşlıq edir. Şirkətin ən çox sərmayə yatırdığı və hissələrini aldığı klub isə “Mançester Siti”di.