“Yuventus” maliyyə feyr-pley pozuntuları ilə bağlı aparılan istintaqa qarşı apellyasiya şikayəti verib. Matc.az xəbər verir ki, klub son bir neçə ildə büdcə və maaş manevrləri ilə bağlı İtaliya Şirkətlər və Mübadilə Komissiyası CONSOB tərəfindən aparılan araşdırmadan narazı qalaraq, Latsio regional məhkəməsinə müraciət etmək qərarına gəlib.

CONSOB birjada siyahıya alınmış klubların, o cümlədən “Yuventus”un fəaliyyətinin monitorinqi və tənzimlənməsinə cavabdehdi. Şirkət ötən ilin oktyabrında klubun 2022-ci ilin iyun və dekabr aylarında dərc edilmiş maliyyə hesabatlarında problemlər aşkarlayıb.

Maliyyə pozuntuları nəticəsində komanda 2022-23 mövsümünün sonunda A seriyasında 10 xaldan məhrum edilib. Bundan əlavə, UEFA maliyyə feyr-pley qaydalarını pozduğuna görə, “qoca sinyora”nı 2023-24 mövsümü üçün avrokuboklardan kənarlaşdırıb.

Apellyasiya şikayəti verməzdən əvvəl “Yuventus” klubun saytında CONSOB-un tapıntıları ilə razılaşmadığını bildirən bəyanat yayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest