19 Fevral 2024, 14:08
FUTBOL
“Liverpul” ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, portuqaliyalı Dioqo Jota sıradan çıxıb.
O, İngiltərə Premyer Liqasının XXV turunda “Brentford”la görüşdə (4:1) zədələnib. Jota meydanı xərəkdə tərk edib. Artıq tibbi müayinədən keçən 27 yaşlı hücumçunun sol dizində zədə aşkarlanıb. Onun təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Dioqo Jota bu mövsüm “Liverpul”un heyətində 28 oyunda 14 qol vurub, 4 assist edib.