19 Fevral 2024, 18:22
FUTBOL
İngiltərə Premyer Liqasının 25-ci turunun “Brentford”la oyununda (4:1) “Liverpul” hücumçusu Dioqo Jota və yarımmüdafiəçi Kertis Cons xəsarət alıb.
Matc.az xəbər verir ki, "qırmızılar"ın müdafiəçisi Vircil van Deyk klubunun futbolçuları arasında olan zədələrdən danışıb:
“Çoxlu zədəli futbolçularımızın olduğunu inkar etməyin mənası yoxdur. Çoxlarını itirmişik və sadəcə buna uyğunlaşmalıyıq. Amma hər bir oyunçuya ehtiyacımız var. Biz hələ də hər kubok üçün mübarizə aparırıq və əgər uğur qazanmaq istəyiriksə, sona qədər eyni ruhda davam etməliyik”