"Çelsi" və "Real"ın sabiq futbolçusu Eden Hazard maraqlı açıqlama verib.
 
Matc.az xəbər verir ki, belçikalı futbolçu pivəni çox sevdiyini açıqlayıb:
 
“Bütün belçikalılar kimi mən də pivə həvəskarıyam, çünki bizim ölkədə dünyanın ən yaxşı pivəsi var. Hər gün pivə içdiyimi demirəm, çünki bu doğru deyil. Ancaq bəzən yaxşı oyundan sonra bir və ya iki şüşə içmək əladır”.
 
Xatırladaq ki, Hazard karyerası ərzində “Lill”, “Çelsi” və “Real”da çıxış edib. 2023-cü ilin oktyabrında o, təqaüdə çıxmaq qərarını açıqlayıb. Madrid klubunda oynayarkən o, artıq çəki ilə bağlı müntəzəm problemlər yaşayırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest