19 Fevral 2024, 19:41
FUTBOL
PSJ-nin hücumçusu Kilian Mbappe 2023/2024 mövsümündə komanda ilə mümkün olan bütün kubokları qazanmaq istəyir.
Matc.az xəbər verir ki, o, bunu "Real"a keçməzdən əvvəl parislilərə minnətdarlıq kimi etmək niyyətindədir.
Qeyd edək ki, “Real”a keçmək üçün fransalı PSJ ilə müqaviləsi uzadılacağı təqdirdə ala biləcəyi əhəmiyyətli pul mükafatından da imtina edəcək.
O, 2018-ci ildən paytaxt klubunda çıxış edir. Bu müddət ərzində bütün turnirlərdə 290 matçda iştirak edib, 243 qol vurub, 105 məhsuldar ötürmə edib.