21 Fevral 2024, 01:55
FUTBOL
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçları keçirilib.
Matc.az xəbər verir ki, ilk oyunlar çərçivəsində iki görüş baş tutub.
İlk olaraq İtaliyada “İnter” “Atletiko Madrid”i qəbul edib. Görüş Milan təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Günün digər matçı Niderlandda baş tutub. PSV doğma meydanda "Borussiya" (Dortmund) ilə qarşılaşıb. Tərəflər hərəyə 1 dəfə fərqlənib.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
21 fevral
“İnter” – “Atletiko” 1:0
Qol: Arnautoviç, 79
Baş hakim: Istvan Kovacs (Rumıniya)
Milan, “Cuzeppe Maetsa”
PSV – “Borussiya” (Dortmund) 1:1
Qollar: Lyuk de Yonq, 56 - Malen, 24
Baş hakim: Srdan Yovanoviç (Serbiya)
Eyndhoven, “Fillips Stadion”