20 Fevral 2024, 11:05
FUTBOL
Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alan Slovakiyanın baş məşqçisi Françesko Kaltsona “Napoli”ni çalışdıracaq. Matc.az xəbər verir ki, İtaliya klubu onun təyinatını rəsmi saytı vasitəsilə açıqlayıb.
55 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. Maraqlıdı ki, Kaltsona Slovakiya yığmasındakı işini də davam etdirəcək. Onun slovaklarla sözləşməsi gələn ilin sonuna qədərdi. O, “Napoli”də Valter Matzarrini əvəzləyib.
Qeyd edək ki, Françesko Kaltsona 2022-ci ildən Slovakiya millisinə rəhbərlik edir. İtalyan 2015-2018-ci illərdə “Napoli”də köməkçi məşqçi olub.