UEFA nümayəndəsi Orxan Hüseynzadə daha bir təyinat alıb. Matc.az xəbər verir ki, “Neftçi”nin sabiq prezidenti Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində bir qarşılaşmada iş başında olacaq.

O, Polşanın paytaxtı Varşavada keçiriləcək “Legiya” (Polşa) – “Molde” (Norveç) görüşünün UEFA nümayəndəsi kimi fəaliyyət östərəcək.

Qeyd edək ki, oyun fevralın 22-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest