FIFA tərəfindən ilk dəfə martda Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyunların yeri və başlama saatı açıqlanıb. Matc.az xəbər verir ki, görüşlər iki stadionda olacaq.

Yığmamız turnir çərçivəsində həm Monqolustan, həm də Bolqarıstanı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Digər iki görüş isə “Dalğa Arena”da olacaq.

Oyunların proqramı

22 mart

17:00. Bolqarıstan – Tanzaniya

“Dalğa Arena”

20:00. Azərbaycan – Monqolustan

Tofiq Bəhramov adına Respublika stadionu

25 mart

17:00. Tanzaniya – Monqolustan

“Dalğa Arena”

20:00. Azərbaycan – Bolqarıstan

Tofiq Bəhramov adına Respublika stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest