FİFA Afrika Millətlər Kubokunu 2025-ci ilin yayına qədər təxirə salmaq qərarına gəlib. Matc.az xəbər verir ki, ali futbol qurumu bununla bağlı Afrika Futbol Konfederasiyası ilə razılığa gəlib.

2025-ci ildə Mərakeşdə keçiriləcək turnir iyulun ortalarından avqustun ortalarına kimi baş tutacaq.

Afrika Kuboku-2023 bu il yanvarın 13-dən fevralın 11-dək keçirilib. Buna görə də millilərin aparıcı oyunçuları klublarının bir neçə rəsmi matçını buraxmaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, bu il Afrika Millətlər Kubokunu tarixində üçüncü dəfə Fil Dişi Sahili yığması qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest