20 Fevral 2024, 13:06
FUTBOL
“Bavariya” tezliklə baş məşqçi dəyişikliyini planlaşdırır. Matc.az xəbər verir ki, komandanın uğursuz çıxışı Tomas Tuxelin postunu laxladıb.
Münhenlilər artıq yeni baş məşqçi axtarışına başlayıb. Bundesliqa çempionunun hətta Zinəddin Zidanla danışıq apardığı bildirilir. Lakin “Bavariya” rəhbərliyi bu xəbəri təkzib edib. Onlar Zidanla görüş keçirilmədiyini açıqlayıb.
Qeyd edək ki, Tomas Tuxel ötən ilin martından “Bavariya”ya rəhbərlik edir. Almaniya Bundesliqasında keçirdiyi 22 oyunda 50 xalı olan münhenlilər ikinci pillədə qərarlaşıb.