20 Fevral 2024, 13:30
FUTBOL
Ümidləri doğrultmayan Angelino ilə yollarını ayıran “Qalatasaray” sol cinah müdafiəçisi axtarışlarını sürətləndirib. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Qarabağ”ın futbolçusu Toral Bayramovu yenidən gündəmə gətirib.
Türkiyə nəhənginin futbol direktoru Cenk Ergünün millimizin üzvü ilə bağlı Bakıya yollandığı bildirilir. O, Toralın çıxışını yerində görmək fikrinə düşüb. Klub rəsmisi Bayramovun oyununu canlı izlədikdən sonra onunla bağlı qərarını qətiləşdirəcək.
Qeyd edək ki, Toral Bayramovun “Qarabağ”la sözləşməsi 2026-cı ilin yayına qədərdi.