20 Fevral 2024, 16:09
FUTBOL
İspaniya nəhəngləri “Atletiko” və “Barselona” “Xetafe”nin futbolçusu Meyson Qrinvudla maraqlanır. Matc.az xəbər verir ki, adıçəkilən klublar 22 yaşlı hücumçunu yayda transfer etməyi planlaşdırır.
Qrinvud müqavilə ilə “Mançester Yunayted”ə məxsusdu. İngiltərə klubu isə onun satışından ən azı 40 milyon avroluq gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, Meyson Qrinvud bu mövsüm “Xetafe”nin heyətində bütün turnirlərdə keçirdiyi 24 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə verib.