20 Fevral 2024, 17:13
FUTBOL
Moskva “Spartak”ının futbolçusu Kvinsi Promeslə bağlı mini-serial çəkiləcək. Matc.az xəbər verir ki, “Horizon” Film şirkəti niderlandlı oyunçunun həyatı haqqında serialın yaradılması üzərində işləyir.
Bir neçə gün əvvəl Amsterdam məhkəməsi onu narkotik qaçaqmalçılığı ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edib. Layihənin hərtərəfli araşdırmalara və ictimaiyyətə açıq olan faktlara əsaslandığı bildirilir.
Mini-seriala uydurma elementlər də əlavə olunacaq. Film 32 yaşlı hücumçunun cinayət əməllərinə necə qarışmasından bəhs edir.
Çəkilişlər 2025-ci ilin əvvəlində başlayacaq.