20 Fevral 2024, 17:47
FUTBOL
“Napoli” yay “transfer pəncərəsi”nin əvvəlində hücumçu Viktor Osimxenlə yollarını ayırmaq niyyətindədi. Matc.az xəbər verir ki, klub rəhbərliyi futbolçuya ən qısa zamanda əvəzləyici tapmaq istəyir.
A seriyası təmsilçisi Viktor Bonifeys (“Bavariya”), Coşua Zirkzi (“Bolonya”), Santiaqo Ximenes (“Feyenord”) və Conatan David (“Lill”) kimi hücumçuları nəzərdən keçirir.
Osimxen özü də başqa komandaya keçməkdə maraqlıdı. 25 yaşlı nigeriyalı İngiltərə Premyer Liqasında oynamağa üstünlük verir. Onunla “Çelsi” fəal maraqlanır. Osimxenin yayda “Real”a keçməyə hazırlaşan Kilian Mbappenin yerinə PSJ ilə müqavilə imzalaması da istisna edilmir.
Qeyd edək ki, Viktor Osimxen bu mövsüm 18 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə verib.