20 Fevral 2024, 21:28
FUTBOL
"Marsel" klubunun mətbuat xidməti Jan-Lui Qassın klubun yeni baş məşqçisi olduğunu açıqlayıb.
Matc.az xəbər verir ki, mütəxəssislə müqavilənin təfərrüatları açıqlanmayıb. Qassenin son iş yeri bu ilin yanvarında tərk etdiyi Fil Dişi Sahili millisi olub.
Qeyd edək ki, Marsel təmsilçisi hazırda Fransa Liqa 1-ində 22 turdan sonra 30 xalla 9-cu pillədə qərarlaşıb.