21 Fevral 2024, 09:25
FUTBOL
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sını qəbul edən PSV qollu heç-heçə edib. Matc.az xəbər verir ki, görüşün 56-cı dəqiqəsində penaltidən fərqlənərək meydan sahiblərini məğlubiyyətdən xilas edən Luk de Yonq klubun tarixinə düşüb.
33 yaşlı forvard eyndhovenlilərin heyətində 23-cü görüşündə 9-cu qolunu vurub. Bununla o, PSV-nin Çempionlar Liqası tarixindəki ən məhsuldar oyunçusu olub. Əvvəlki record 11 qarşılaşmada 8 qol vuran Rud van Nistelroya məxsus idi.
Qeyd edək ki, 2022-ci ildən PSV-nin formasını geyinən Luk de Yonq 2014-2019-cu illərdə də bu klubda oynayıb.