“Atletiko”nun baş məşqçisi Dieqo Simeone yubileylə yadda qalıb. Matc.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin “İnter”lə ilk oyunu onun bu turnirdə 100-cü görüşü olub.

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone yubileylə yadda qalıb. Matc.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin “İnter”lə ilk oyunu onun bu turnirdə 100-cü görüşü olub.

Yubiley qarşılaşmasında komandası İtaliyada rəqibinə 0:1 hesabı ilə məğlub olub. Argentinalı 100 oyun həddinə çatan 9-cu məşqçidi. Əvvəllər buna Karlo Ançelotti (198 oyun), Aleks Ferqyuson (190), Arsen Venger (178), Pep Qvardiola (166), Joze Mourinyo (145), Mirça Luçesku (115), Massimiliano Alleqri və Yurgen Klopp (hər ikisi 100) nail olublar.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest