21 Fevral 2024, 10:11
FUTBOL
Argentinanın Prezidenti Xavyer Miley əfsanəvi futbolçular Lionel Messi ilə Dieqo Maradonanı müqayisə edib. Matc.az xəbər verir ki, ötən ilin dekabrında vəzifəsinin icrasına başlayan prezident Leonu üstün tutub:
“Messi bütün zamanların ən böyük oyunçusudu. “Messi mümkünsüzdü” adlı məqalədə onun oyunun hər tərəfində niyə ən yaxşı olmasından bəhs edilir. O, fenomendi. Onunla heç vaxt danışmaq imkanım olmayıb. Dünyanın ən vacib argentinalısı ilə danışmaq şansı maraqlı olardı. Maradona bizə unudulmaz anlar yaşadan gözəl futbolçu idi. Ancaq mənim fikrimcə, o, ən yaxşısı deyildi”.
Qeyd edək ki, Miley rok qrupunda oynadığı ilk illərdən “psixo” ləqəbi ilə tanınır.