Abdullah Zubir “Qarabağ”dan ayrılmaq istəyir. Matc.az xəbər verir ki, bu barədə “Sun” nəşri məlumat yayıb.

Bildirilib ki, bir neçə ölkədən təklifləri olan fransalı yarımmüdafiəçi artıq daha böyük çempionatda iştirak etmək arzusundadı: “Zubir indi daha yüksək səviyyədə çağırış axtarır. Azərbaycan çempionu ulduz futbolçusu ilə yeni müqaviləyə imzalanmasına ümidsizdi. Başqa təkliflər də onun yeni sözləşmə ehtimalını azaldır. 32 yaşlı oyunçu karyerasının son müqaviləsini böyük klubla bağlamaq fikrindədi”.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinir. Hazırda o, “Seltik” və “Auqsburq”un maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest