Ekvadorlu yarımmüdafiəçi Xordan Resabalanın karyerasını Azərbaycanda davam etdirəcəyi dəqiqləşib. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu bununla bağlı artıq ölkəmizdədi.

Pleymeyker bu ilin sonuna qədər “Sumqayıt”ın formasını geyinəcək. Çünki tərəflər 1 illik müqaviləni razılaşdırıblar. “Gənclik şəhəri” təmsilçisinin bu gün onu ictimaiyyətə təqdim etməsi gözlənilir.

Qeyd edək ki, Xordan Resabala karyerası ərzində Ekvador və Meksika klublarında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest