“Real”ın futbolçusu Luka Modriç qərarını qətiləşdirib. Matc.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi mövsümün sonunda “Real”dan ayrılacaq.

38 yaşlı ulduz futbolçu hətta Karlo Ançelottinin məşqçilər korpusuna qoşulmaq təklifini də qəbul etməyib. Modriç məşqçiliyə başlamağa tələsmədiyini deyib. O, hələ də oynamaq gücündə olduğunu düşünür. “Real”dan ayrılaraq, təcrübədən, oyun səviyyəsindən və ailəsinin istəyindən asılı olaraq daha 1-2 mövsüm oynayacaq.

Qeyd edək ki, Modriç bu mövsüm La Liqada 20 oyun keçirib, 4 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest