21 Fevral 2024, 14:49
FUTBOL
“Ştutqart”ın yarımmüdafiəçisi Raul Paula İspaniyaya köçə bilər. Matc.az “Bild” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu “Barselona”nın transfer gündəmindədi.
Gənc oyunçu klubundakı durumundan məmnun deyil. Az oyun imkanı əldə edən Paula ayrılmaq barədə düşünür. O, uşaqlıq arzusunu reallaşdırmaq üçün “Barselona”nın təklifini qəbul etmək istəyir.
Qeyd edək ki, futbolçu hələ də “Ştutqart”ın əsas komandasında debüt etməyib. “Transfermarkt” onun bazar dəyərini 300 min avro dəyərində görür.