21 Fevral 2024, 15:51
FUTBOL
“Arsenal” yaponiyalı müdafiəçisi Takehiro Tomiyasu ilə müqaviləsini uzadacaq. Matc.az xəbər verir ki, tərəflər bu barədə razılığa gəlib.
Asiya Kuboku-2024 başa çatdıqdan dərhal sonra 25 yaşlı mərkəz müdafiəçisi sözləşməsini yeniləyəcək. Anlaşmaya əsasən, yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulacaq.
Qeyd edək ki, Takehiro Tomiyasu “Arsenal”a 2021-ci ildə “Bolonya”dan keçib. Yaponiya millisinin üzvü bu mövsüm “topçular”ın heyətində bütün turnirlərdə 20 oyun keçirib.