“Bayer”in parlaq çıxışı bir neçə futbolçunun Avropa nəhənginin maraq dairəsinə düşməsinə səbəb olub. Matc.az xəbər verir ki, Almaniya klubunu yayda tərk etməsi gözlənilən oyunçulardan biri də Ceremi Frimponqdu.

Niderland millisinin üzvü özü “Liverpul”un formasını geyinməyə daha həvəslidi. 23 yaşlı oyunçu özü də bunu etiraf edib: “Liverpul” zəngin tarixi olan böyük klubdu. Ora keçmək gözəl olardı. Gələcəkdə nə olacağını heç kim bilmir”.

Qeyd edək ki, Ceremi Frimponq 2021-ci ildən “Bayer”in formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest