Yaponiya millisinin futbolçusu Zunya İto onu zorlamada ittiham edən qadınlardan 1 milyon 250 min avro təzminat almaq üçün məhkəməyə müraciət edib. Matc.az xəbər verir ki, bu barədə onun vəkili açıqlama verib.

Onun fikrincə, həmin qadınlar Asiya Kuboku zamanı İtoya mane olmaq üçün şikayət ediblər.

Mülki iddiada İto tərəfi iki qadının yalan ittihamlar irəli sürdüyünü bildirib. Onlar İto və onun məşqçisini cinsi təcavüzdə ittiham edərək, cütlüyün cinayətə cəlb edilməsini istəyiblər. Nəticədə sponsorlar İto ilə müqaviləyə xitam verib. Eyni zamanda “Reyms”in üzvü cinayət işi qaldıraraq, ittihamların tamamilə əsassız olduğunu bəyan edib.

Qeyd edək ki, 30 yaşlı Zunya İto 2022-ci ildən “Reyms”də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest