“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klubu tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə reaksiya verib. Matc.az xəbər verir ki, Niderland millisinin üzvü həmin informasiyaların şayiə olduğunu bildirib.

26 yaşlı orta sahə oyunçusu Kataloniya klubundan ayrılmağı düşünmür: “Mətbuatda çoxlu yalan məlumatlar var. Bəzi jurnalistlər utanmalıdı, buna son qoymaq lazımdı. Mənim maaşımı insanlar düzəldir. “Barselona”da xoşbəxtəm və ümid edirəm ki, burada uzun müddət qalacağam”.

Qeyd edək ki, Frenki de Yonqun kataloniyalılarla sözləşməsi 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest