21 Fevral 2024, 17:23
FUTBOL
“Fulhem”in yarımmüdafiəçisi Joao Palina yay “transfer pəncərəsi”ndə Top-kluba keçə bilər. Matc.az xəbər verir ki, portuqaliyalı futbolçu artıq bir neçə klubdan təklif alıb.
Onlar arasında “Bavariya”, “Çelsi”, “Mançester Siti”, “Liverpul” və “Arsenal” da var. “Fulhem” aparıcı oyunçusunu satmağın əleyhinə deyil. Lakin londonlular bu transferdən nə az, nə çox, düz 70 milyon avro gəlir götürmək niyyətindədi.
Qeyd edək ki, Joao Palina 2022-ci ildən “Fulhem”də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 28 oyun keçirib, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.