"Liverpul"un baş məşqçisi Yurgen Klopp, Körtis Cons və Dioqo Jotanın "Brentford"la oyunda aldıqları zədə ilə bağlı açıqlama verib.
 
Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis heyətdə problemlərin olduğunu vurğulayıb:
 
"Komandanın vəziyyəti qətiyyən yaxşı deyil. Kaş ki, burada oturub deyərdimki, bizim heç bir problemimiz yoxdur, amma aydındır ki, var. Qapıçımızın ciddi zədəsi var. Müalicənin nə qədər davam edəcəyini dəqiq bilmirik, lakin o, tezliklə geri dönməyəcək.
 
Üstəlik, dizində problem olan Dioqo bizim üçün əlçatan deyil. Onun sağalması təbii ki, aylar çəkəcək. Kertisin isə bağlarında problemlər var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest