"Real"ın yarımmüdafiəçisi Luka Modriç futbolçu karyerasını bitirmək niyyətində deyil.
 
Matc.az xəbər verir ki, xorvatiyalı futbolçu komandasının baş məşqçisi Karlo Ançelottinin ona məşqçilik korpusunda işləmək təklifindən imtina edib.
 
Yarımmüdafiəçi hələ də özünü futbolçu kimi görür. O, gələn yay müqaviləsi başa çatdıqdan sonra "Real"ı tərk edə və özünü başqa komandada sınaya bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest