"Di Si Yunayted"in keçmiş baş məşqçisi Veyn Runi İngiltərə çempionatının üçüncü və ya dördüncü divizionundan komandaya rəhbərlik etməkdən çəkinməyəcəyini söyləyib.
 
Matc.az xəbər verir ki, mütəxəssis bu barədə "Mirror"a açıqlama verib:
 
"Mən 100% Birinci Liqada işləməyə razıyam. Məşqçiliyə qayıtmaq və özümü sübut etmək istəyirəm - istər 2-ci Liqada, istər Birinci Liqada, istərsə də "Çempionşip"də.
 
Hazırda mənim bir az təcrübəm var, məşqçilik baxımından hələ gəncəm. Mən bütün diqqətimi məşqçiliyə qayıtmağa yönəltmək istəyirəm. Əlbəttə ki, oyun təcrübəm mənə kömək edəcək, lakin idarəetmə baxımından mən aşağı pillədəyəm və yuxarı qalxmaq istəyirəm". 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest