"Barselona"nın baş məşqçisi Xavi İspaniya mətbuatına klubun daxili məlumatlarını sızdıran adamı axtarır.
 
Matc.az xəbər verir ki, söhbət mümkün gedişlər, imzalar və paltardəyişmə otağındakı gərgin ab-hava ilə bağlı məlumatlardan gedir. Axtarış 2 aydır davam edir. Bir anda Xavi bütün işçiləri və ona məsləhət verən insanları bir yerə toplayıb mobil telefonların stolun üstünə qoymağı tələb edib. Bundan sonra klub işçilərindən biri hər kəsin icazəsi ilə “Vatsap” vasitəsilə kiminsə jurnalistlərlə əlaqədə olub-olmadığını yoxlamağa başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest