21 Fevral 2024, 21:39
FUTBOL
Yayda "Bavariya"nın baş məşqçisi postunu tərk edəcək Tomas Tuxel İngiltərəyə qayıtmaq istəyir.
Matc.az xəbər verir ki, alman mütəxəssis üçün mümkün variantlar arasında "Liverpul", "Mançester Yunayted" və İngiltərə millisi var. O, 2022-ci il dünya çempionatından sonra İngiltərə millisinə rəhbərlik etmək niyyətində idi, Tuxel o zaman işsiz idi.
"Bavariya"nın nəticələri Tuxelin etibarına xələl gətirməyib, çünki çoxları onun bir sıra qeyri-oyun problemləri ilə üzləşdiyini başa düşür.