21 Fevral 2024, 20:42
FUTBOL
“Mümkünsüz heç nə yoxdur. Yaxşı oyunla növbəti mərhələyə adlamaq istəyirik. Brumanın dönməsi komanda üçün sevindirici haldır“
“İlk oyunda məğlub olmuşduq".
Matc.az xəbər verir ki, bunu “Braqa”nın futbolçusu Simon Banza Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında deyib.
Portuqaliyada 2:4 hesabı ilə uduzduqlarını xatırladan 27 yaşlı hücumçu buna baxmayaraq, hələ də mərhələni adlamaq şanslarının olduğunu söyləyib: “Rəqib yaxşı komandadır. Amma hazırda çox istəkliyik. Mümkünsüz heç nə yoxdur. Yaxşı oyunla növbəti mərhələyə adlamaq istəyirik. Brumanın dönməsi komanda üçün sevindirici haldır. O, fərqli oyunçudur. Həm qol vurmağı, həm assist etməyi bacarır. Ümid edirəm ki, Bruma sabah mənə bir assist edəcək".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.