Azərbaycan millisinin hücumçusu Mahir Emreli məşqləri bərpa edib. Matc.az xəbər verir ki, bu barədə həm klubu Zaqreb “Dinamo”su, həm də futbolçu özü sosial şəbəkədə paylaşım edib. 26 yaşlı forvard komandanın dünənki məşqində iştirak edib.
Azərbaycan millisinin hücumçusu Mahir Emreli məşqləri bərpa edib. Matc.az xəbər verir ki, bu barədə həm klubu Zaqreb “Dinamo”su, həm də futbolçu özü sosial şəbəkədə paylaşım edib.
26 yaşlı forvard komandanın dünənki məşqində iştirak edib. Ancaq Emrelinin Konfrans Liqasının pley-off mərhələsində “Betis”lə bu gün keçiriləcək cavab matçında iştirak edib-etməyəcəyi məlum deyil.
Qeyd edək ki, Mahir Emreli yanvarın əvvəlində təlim-məşq toplanışı zamanı “Roqaşka” (Sloveniya) ilə keçirilən yoxlama görüşündə zədələnmişdi.