Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Matc.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyunlarının ardından UEFA 4 nəfəri fərqləndirib.

Bunlar Marko Arnautoviç (“İnter”), Qaleno (“Porto”), Coi Veerman (PSV) və Robert Levandovskidi (“Barselona”). Həftənin ən yaxşısı UEFA-nın rəsmi saytında aparılan səsvermədən sonra bilinəcək.

Qeyd edək ki, 1/8 finalın cavab oyunları martln 5-6-da və 12-13-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest