22 Fevral 2024, 11:15
FUTBOL
Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” Asiya Çempionlar Liqasında 1/4 finala yüksəlib. Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanı komandası 1/8 finalda ölkənin digər təmsilçisi “Əl-Faiha”nı üstələyib.
İlk görüşdə 1:0 hesablı qələbə qazanan “Əl-Nəsr” bu dəfə rəqib qapısından 2 cavabsız top keçirib. Komandanın heyətində qollara Otavio və Ronaldo imza atıblar.
“Əl-Nəsr”in 1/4 finaldakı rəqibi Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Ain” olacaq. Komandalar arasında oyunlar martın 4-də və 11-də keçiriləcək.