22 Fevral 2024, 12:42
FUTBOL
“Mançester Yunayted” ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, müdafiəçi Lük Şou sıradan çıxıb.
İngiltərə Premyer Liqasının XXV turunda “Lyuton”la görüşdə (2:1) xəsarət alan 28 yaşlı futbolçu uzun müddət komandasından uzaq qalacaq. Həkim müayinəsindən sonra onun bir neçə ay “qırmızı şeytanlar”a kömək etməyəcəyi açıqlanıb.
Qeyd edək ki, Lük Şou cari mövsümün II turunda da zədələnərək, üç aylıq sıradan çıxmışdı.