22 Fevral 2024, 13:31
FUTBOL
Azərbaycan Premyer Liqasının XXIV turunun “Turan Tovuz” – “Neftçi” görüşünün biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından əldə etmək mümkündü.
Biletlər eyni zamanda şəhərin mərkəzində yerləşən satış məntəqəsindən də satışdadı. 2 manatlıq biletlərlə yanaşı, məhdud sayda olan 5 manatlıq VİP biletlər də var.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.