Zinəddin Zidan “Bavariya”da çalışmaq variantını istisna etmir. Matc.az xəbər verir ki, o, mövsümün sonunda istefaya göndəriləcək Tomas Tuxelin yerinə namizədlərdən biridi.

Fransalı mütəxəssis Münhen klubunda işləmək imkanına “yox” demir. Çünki Bundesliqa təmsilçisini sabiq klubu “Real” səviyyəsində görür. “Yuventus” və Fransa millisi ilə birlikdə “Bavariya” da onun karyerasını davam etdirmək üçün prioritetdi.

Ancaq “Bavariya” rəhbərliyi bu təyinata maraq göstərsə, Zidana idman qərarlarının verilməsində səlahiyyət verməli və istəklərini yerinə yetirməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest