“Vilyarreal”ın qapıçısı Pepe Reina karyerasını bitirməyi düşünmür. Matc.az xəbər verir ki, 42 yaşlı qolkiper hələ də oynamaq gücündə olduğunu düşünür.

“Əslində karyeramı bitirmək istəmirəm. Demək olar ki, 42 yaşım var, özümü əla hiss edirəm. Oynamaqdan və öyrənməkdən həzz alıram. Müqaviləm iyuna qədər qüvvədədi, amma onu daha bir il uzatmaq istəyirəm”, - deyə Reyna bildirib.

Qeyd edək ki, Pepe Reyna 2022-ci ildən “Vilyarreal”da çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest