“Real”ın qapıçısı Tibo Kurtua zədəsini tam sağaldıb. Matc.az “Marca”ya istinadən xəbər verir ki, ulduz futbolçu kollektivlə birlikdə məşqlərə qoşulub.

Belçika millisinin üzvü topla hərəkətlər üzərində çalışıb. Ancaq qolkiper hələ oynamaq iqtidarında deyil. Onun dönüşünün aprelin əvvəlinə təsadüf etməsi gözlənilir.

Qeyd edək ki, İspaniya La Liqasında mövsümün startına iki gün qalmış məşq zamanı Tibo Kurtuanın diz ön çarpaz bağı qopmuşdu. Madridlilər onun əvəzinə “Çelsi”dən Kepa Arrizabalaqanı icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest