22 Fevral 2024, 15:47
FUTBOL
“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi əzəli rəqib “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın köməkçisi olmaq arzusundadı. Matc.az xəbər verir ki, bunu 38 yaşlı mütəxəssis özü açıqlayıb.
O, ispaniyalıdan öyrənməli çox şeyin olduğunu düşünür: “Hər şey vəziyyətdən asılıdı. Pep məndən onun köməkçisi olmağımı istəsə, ora piyada gedərəm. Mikel Artetanın indi nə etdiyinə baxın. Əminəm ki, o, Qvardioladan çox şey öyrənib”.
Qeyd edək ki, Ueyn Runi məşqçi kimi “Derbi Kaunti”, “Di Si Yunayted” və “Birmingem”də çalışıb.